Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycanın ümumi ixracında Avropa İttifaqı ölkələrinin payı 49 faizi ötüb

    Cari ilin ilk 6 ayında Azərbaycandan Avropa İttifaqı ölkələrinə 8 milyard 43 milyon 858,31 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz və ya 994 milyon 933,69 min dollar azalma deməkdir.

    Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

    Hesabat dövrü ərzində Azərbaycan Avropa İttifaqı ölkələrindən 1 milyard 281 milyon 712,55 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 9,91 faiz və ya 141 milyon 59,99 min dollar azdır.

    Bu göstəricilər Azərbaycanın ümumi ixracının 49,29 faizini, ümumi idxalının isə 15,36 faizini təşkil edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ