Sizin reklam burada
Sizin reklam burada
  • Rusiyanın neft emalı müəssisələri yenidən hücumlara məruz qalıb


    Qısa fasilədən sonra Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyadakı neft emalı müəssisələrinə hücumları yenidən başlayıb. Bu gün üç neft emalı zavodu (NEZ) və bir qaz-kimya kompleksi hücuma məruz qalıb.

    Bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak jurnalistlərə açıqlamasında deyib.

    “Zavodlardan birinə kiçikhəcmli ziyan dəyib, ümumilikdə isə mühafizə sistemimiz və hava hücumundan müdafiə qüvvələrimiz öz vəzifəsini yerinə yetirib”, – deyə Baş nazirin müavini qeyd edib.

    A.Novak bildirib ki, müəssisələr təhlükəsizliklərinin təmin olunması üçün zəruri tədbirlər görür.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ