Sizin reklam burada
Sizin reklam burada
  • Hindistanda göyərtəsində altı nəfərin olduğu helikopter qəzaya uğrayıb


    Hindistanın şimalında göyərtəsində beş hindu zəvvarın və bir pilotun olduğu helikopter qəzaya uğrayıb.

    Hadisə oktyabrın 30-da Uttarakhand ştatının Çamoli rayonunda, Coşimat dağlıq ərazisində baş verib.

    İlkin məlumata görə, helikopter güclü qarlı havada Badrinath ziyarət mərkəzindən havaya qalxıb. Görünüş məsafəsinin azalması, tufan və dolu təhlükəsi ilə əlaqədar bölgədə narıncı səviyyəli hava xəbərdarlığı elan edilib.

    Hazırda fövqəladə xidmətlər axtarış-xilasetmə əməliyyatı həyata keçirirlər. Əlverişsiz hava şəraiti xilasedicilərin işini çətinləşdirir.

    Hadisənin təfərrüatları və qəzanın dəqiq səbəbləri hələ müəyyənləşdirilməyib. Helikopterdə olan şəxslərin vəziyyəti barədə məlumat dəqiqləşdirilir.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ