Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

    Bakıda FIFA 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

     Bakı Kristal Zalında təşkil olunan tədbirdə öncə turnir ərzində 1000-ə yaxın oyunu idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olunub.

    Sonra F Divizionunun qalibi Yeni Zelandiya, E Divizionunun qalibi Mərkəzi Afrika Respublikası, D Divizionunun qalibi Tacikistan, C Divizionunun qalibi Belarus, B Divizionunun qalibi Zambiya mükafatlandırılıb.

    Sonda ilk dəfə keçirilən U-15 dünya çempionatı və festivalının qalibi olan İspaniya yığmasına medallar və kubok təqdim edilib.

    Qeyd edək ki, dünya çempionatı FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ