Sizin reklam burada
Sizin reklam burada
  • İcbari Sığorta Bürosu son 5 ildə 5 milyon manatdan artıq kompensasiya ödənişi edib

    İcbari Sığorta Bürosu (İSB) son beş il ərzində zərərçəkmiş şəxslərə ümumilikdə 5 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirib.

    Bunu İSB-nin Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova qurumun Hüquqi Şəxslərin İttifaqının yaradılmasının 15 illiyinə həsr olunmuş təqdimatda deyib.

    "Kompensasiya fondunun başlıca vəzifəsi qanunvericilikdə müəyyən edilmiş hallarda zərərçəkən şəxslərin hüquqlarını və maraqlarını qorumaqdır. Naməlum və ya oğurlanmış avtomobillərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri, eləcə də icbari sığortası olmayan sürücülərin törətdiyi qəzalar zamanı üçüncü şəxslərin sağlamlığına və ya həyatına zərər dəydikdə kompensasiya ödənişləri İSB tərəfindən təmin olunur", - deyə X.Camalova əlavə edib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ