İngiltərə və Almaniya nəhəngləri PSJ-nin futbolçusunu transfer etmək istəyir
İdman
Dün, 13:50
26
İngiltərənin "Çelsi", "Liverpul", "Tottenhem" və "Mançester Siti", Almaniyanın isə "Bayer" və "Borussiya Dortmund " klubları Fransanın PSJ komandasının futbolçusu İbrahim Mbayeni transfer etmək istəyir.
Paris təmsilçisi 18 yaşlı vingeri minimum 50 milyon avroya satmağa hazırdır.
Mbaye ötən mövsüm Fransa Liqa 1-də 24 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun PSJ ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.