Sizin reklam burada
Sizin reklam burada
  • Nəqliyyat iqtisadiyyat deməkdir, avtomobil sənayesi isə böyük iqtisadi məkandır

    İltizam Yusifov
    VI çağırış Milli Məclisin deputatı

    Bu günlərdə “Toyota Azərbaycan” Şirkətinin və Avtosfer.az saytının birgə təşkilatçılığı ilə keçirilən “Təhlükəsiz mobilliyə dogru” adlı konfransda iştirak etdim.

    Dövlət qurumları, Daxili işlər nazirliyi nümayəndələri, rəsmi avtomobil Dilerləri, avtomobil sektoru üzrə mütəxəssis və nümayəndələr yol hərəkətinin təhlükəsizliyi, zəmanətsiz avtomobil satışı, qeyri-orijinal ehtiyat hissələri, ümumilikdə "boz bazar" riskləri barədə maraqlı çıxışlar və müzakirələr aparıldı.

    Nəqliyyat iqtisadiyyat deməkdir, avtomobil sənayesi isə böyük iqtisadi məkandır. Avtomobil bu gün həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Biz bu sahədə istehlakçıyıq. Artıq dünyada bu sahədə sözünü deyən şirkətlər və ölkələr bazarı çoxdan bölüşdürüblər. Azərbaycanın da avtomobil bazarında yeri müəyyən olunub. Biz böyük istehsalçılar üçün Avropa bazarına aid edilmişik. Düzdür bizim bazarın sərt və konkret tələbləri yoxdur. Yalnız bəzı tələblər beynəlxalq standatlara uyğunluqla yetərli hesab olunur.

    Bəzi məqamlara rəqəmlərin gözü ilə nəzər yetirək:

    Bu gün Azərbaycan ildə orta hesabla 85-90 min, bəzi illərdə hətta 100 min ədəd civarında minik avtomobili idxall edir. Bu, bizim minik avtomobil parkının(1 585 000 ) 5.7% -i deməkdir.
    Lakin avtomobil parkımız (1 585 000) ilinə görə nisbətən köhnə olduğu üçün yeni və 1-5 il arası yaşı olan avtomobil parkının təzənməsi ildə 0,5- 0,6 % səviyyəsindədir.
    İllik Yerli avtomobil istehsalının həcmi illik idxalın 3-4 % -ni təşkil edir. Bu, bizim avtomobil parkının 0,37 %-i deməkdir.
    İllik Yerli avtomobil istehsalının həcmi dünya avtomobil istehsalının 0,006 % -ə bərabərdir. Yerli avtomobillər istehsalı nisbətən köhnəlmiş, müasir texnoıoji tələblərə və müasir bazarın tələblərinə cavab verməyən modellər olsa da əsasən əhalinin məşğulluğunu təmin etmək üçün olduqca önəmlidir .

    Bundan əlavə Çinlə iqtisadi əlaqələrimiz son illərdə Çin avtomobillərinin ölkəmizə idxalını əhəmiyyətli dərəcədə artırıb. Çin avtomobilləri konfortludur və qiyməti də nisbətən münasibdir. Yəni 2-ci əl Avropa və Yapon avtomobillərinin qiyməti ilə müqayisədə sözsüz ki, ucuz yeni avtomobil alınması müasir alıcı üçün daha sərfəlidir. Düzdür nə qərdər rəsmi dilerlər olsa da bu gün Çin avtomobilləri üçün ehtiyat hissələrinin çatışmamazlığı hiss olunur.
    Bu gün bu məsələ ciddi problemdir və alıcının bunu başa düşmək istəməməsi də başa düşüləndir. Bu, bazarda Çin avtomobillərinə qarşı qeyri-müəyyənlik yaradır və Çin avtomobillərinə güvənliyi azaldır. Əslində isə əsas səbəb odur ki, Çin ildə 30~33 milyon avtomobil istehsal etsə bu, 1 milyard 500 milyon əhali üçün yetərli deyil. Yəni Çinin öz daxili bazarının tələbatı olduqca böyükdür və bu istehsal onun avtomobil parkının 7~8% -i qədərdir. 2-ci bir məqam isə Çin avtomobillərinin bazarının hələ tam formalaşmamasıdır. Bu baxımdan bazarda sözünü demiş avtomobillər daha etibarlı qəbul edilir.

    Müzakirələrdə maraqlı mövzulardan biri də Zəmanətsiz, o cümlədən ölkəyə müxtəlif fiziki şəxslər və iş adamları tərəfindən Rəsmi Dilerlərdən yan keçərək gətirilən avtomobillərlə bağlı idi. Bildirildi ki, Rəsmi Dilerləriin qiymətləri digər satıcılara nisbətən olduqca yüksəkdir. Bu baxımdan alıcı daha mühasib və ucuz mənbəyə üz tutur. Rəsmi Dilerlər də bu siyasəti dəyışməli və bazarda azad rəqabət mühitinə uyğun qiymət siyasəti formalaşdırmalıdırlar.

    Növbəti bir məsələ qeyri-orijinal ehtiyat hissələri ilə bağlı müzakirələr idi. Məlumat üçün deyim ki, heç bir böyük avtomobil şirkəti özü ehtiyat hissəsi istehsal etmir. Sadəcə həmin şirkətin lisenziyası ilə xüsusi şirkətlər bu işlə məşğul olurlar. Və həmin şirkətlər də eyni məhsulu lisenziyasız istehsal edərək 40-50% ucuz sata bilirlər. Digər şirkətlərin də istehsal etdiyi ehtiyat hissələri də idxal və istismar oluna bilər, yetər ki, müvafiq standartlara cavab verərək uyğunluq sertifikatı lazımi tələblərə uyğun gəlsin.

    Keyfiyyətsiz məhsulların bazara daxil olmasına cavabdehlik müvafiq qurumların səlahiyyəti daxilindədir. Bu hal bu gün müşahidə olunur və qeyri-orijinal ehtiyat hissələrinin istifadəsi birbaşa təhlükə mənbəyidir. Lakin təəssüf ki, bu məsələ ilə bağlı hansısa araşdırmalar, təhlillər aparılmır və statistik məlumatlar yoxdur.

    Çıxış yolu isə təmir müəssisələri və sexlərinin lisenziyalaşdırılmasıdır. Təhlükəsizlik baxımından istənilən qəza hadisəsinə təmir sexləri cavabdehlik daşımalıdırlar.

    Dəyərli çıxışlar oldu və fikirlərimi konfrans iştirakçıları ilə bölüşdüm.

    Dəvətə görə Toyota Azərbaycan və Avtosfer.az saytının rəhbərliyinə təşəkkürümü bildirirəm.









    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ