Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Çexiya üçün etibarlı tərəfdaşdır

    Ceyhun Məmmədov
    Milli Məclisin deputatı

    Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələsi kimi qiymətləndirilə bilər.
    Bu səfər həm siyasi, həm də iqtisadi baxımdan bir neçə mühüm məqamla yadda qaldı.
    Səfər zamanı Çexiya mediasında, xüsusilə "Çex Radiosu"nda Azərbaycanla enerji əməkdaşlığının önəmi geniş vurğulandı. Avropanın enerji təchizatında Azərbaycan Çexiya üçün etibarlı tərəfdaşdır.
    Görüş zamanı işğaldan azad edilmiş ərazilərimizlə də bağlı söhbət oldu. Belə ki, Baş nazir Babiş Çexiya şirkətlərinin oraya investisiya imkanlarını yatırmaqda maraqlı olduğunu bildirdi. Bu, həm bərpa-quruculuq işlərində çex texnologiyalarının istifadə edilməsində, həm də yaşıl enerji layihələri üçün yeni perspektivlər açır.
    Görüşdə bir çox sahələr ətrafında fikir mübadiləsi aparıldı. Bunlardan biri də müdafiə sənayesi ilə bağlıdır. Bu sahədə də uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq. Gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.
    Qəbələdə Prezident İlham Əliyev ilə keçirilən görüşdən, mətbuata verilən bəyanatlardan bu qənaətə gəlmək olar ki, tərəflər arasında yüksək səviyyəli siyasi etimad mövcuddur.
    Bu səfər Çexiyanın Cənubi Qafqazda Azərbaycanın artan roluna verdiyi önəmi bir daha təsdiqlədi.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ