Bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
Onun sözlərinə görə, ən böyük risklərdən biri bu məhsulların yeniyetmələr arasında sanki zərərsiz bir vərdiş və ya təhlükəsiz vasitə kimi təqdim olunmasıdır.
“Aparılan araşdırmalar göstərir ki, elektron siqaretlərdən istifadə səviyyəsi uşaqlar arasında, xüsusən 12–15 yaş arasında yetkinlərlə müqayisədə 8–9 dəfə daha yüksəkdir. Bu isə gələcək üçün ciddi sağlamlıq təhlükələrinin yaranacağını göstərir. Bu səbəbdən Dünya Səhiyyə Təşkilatı da qlobal statistik göstəriciləri və mümkün riskləri nəzərə alaraq bütün ölkələrə elektron siqaretlərlə bağlı vaxtında və təsirli mübarizə tədbirlərinin görülməsini tövsiyə edir”, - deyə deputat əlavə edib.
