Sizin reklam burada
Sizin reklam burada
  • Arzu Nağıyevdən "Turan" voleybolçularına xeyir-dua


    "Qadın voleybolçulardan ibarət Tovuzun “Turan” komandası CEV Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib. Səfərdə Bolqarıstanın “Maritsa” komandası ilə qarşılaşan təmsilçimiz rəqibini 3:0 hesabı ilə məğlub edib.

    Ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən “Turan” komandasının rəhbərliyini və bütün üzvlərini bu uğurlu nəticə münasibətilə təbrik edirəm."

    Bunu millət vəkili Arzu Nağıyev özünün feysbuk səhifəsində paylaşıb.

    Milli Məclis üzvü həmçinin paylaşımda qeyd edib ki,

    CEV Çempionlar Liqasında uğurlu çıxışını davam etdirən voleybolçu qızlarımıza noyabrın 10-da Tovuzda keçiriləcək cavab oyununda da qələbə arzulayıram:


     "İnanıram ki, doğma meydanda azarkeşlərin dəstəyi ilə komandamız növbəti uğuruna imza atacaq!.."- Arzu Nağıyev paylaşımda qeyd edib.


    Bəradər Səməndərli 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ