Göygöl ziyalısı
33-cu ildönümümüzü qeyd edərkən doğma üzvlərimizlə səmimi söhbətin, dərin müzakirələrin, azad düşüncənin ifadəsinin və qarşılıqlı fikir mübadiləsinin əhəmiyyətli olacağı qənaətindəyəm. Gəlin, səmimi etiraf edək ki, 744 mindən çox üzvü olan bir siyasi hərəkata indi daha keyfiyyətli, əqidəli, cəmiyyətdə öz sözünü öz əməli ilə deməyi bacaran üzvlər lazımdırYeni Azərbaycan Partiyası öz ənənələrinə sadiq siyasi qurum olmaqla yanaşı daim yenilənməyi, inkişaf etməyi və müasir çağırışlara cavab verməyi öz qarşısına məqsəd qoymuşdur. Dahi Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını dünənin, bugünün və sabahın partiyası adlandırdığı o tarixi cümlənin siyasi mahiyyəti ilə yanaşı, mənəvi böyüklüyünü zaman keçdikcə, insan müdrikləşdikcə daha yaxşı anlayır. YAP müasir Azərbaycanla birgə yaranmış və bir gün belə tənəzzül etməmişdir. Tarixi böyük, arxivi zəngin, yolları keşməkeşli siyasi aşırımlardan ötən doğma partiyamız hər bir vəziyyətə hazırdır. Biz bu gün sıralarımızda olan dəyərli gənclərimizlə qürur duyuruq. Bu gün partiyanın 744 mindən çox üzvündən təxminən 40 faizi gənclərdir. YAP-ın lokomotivi, YAP-ın bayraqdarları gənclərdir. Onlar Prezidentin səmimi dostları və dəstəkləyiciləridirlər. YAP-ın ətrafında birləşən gənclər ordusunun yüksək təhsilə yiyələnməsi, müasir dövrün elmi inqilablarını mənimsəməsi, süni intelekt, kompyüter texnologiyaları, müasir təbabət və digər sahələrdə ixtisaslı kadr kimi formalaşması bizlər üçün qürur mənbəyidir. Arzu edirəm ki, indiki gənclər də öz sələfləri kimi ölkəmizin gələcəyi naminə böyük işlərə, layihələrə imza atasınlar. Bu istiqamətdə hər bir YAP üzvü olan gəncin öz ətrafında olan digər gəncləri YAP-a dəvət etməsini tövsiyyə edirəm. Hər 18 yaşı tamam olan gəncin üzünə doğma partiyamızın, o cümlədən də YAP Göygöl rayon təşkilatının qapıları açıqdır.
YAP-ın beynəlxalq sferada uğurları dövlətimizin layiqli təmsilçiliyinin təmin olunmasına hesablanmışdır. Dünyanın hakim partiyaları ilə təcrübə mübadilələri göstərir ki, yaşca onların əksəriyyətindən cavan olan doğma partiyamızın həyata keçirdiyi layihələr, gördüyü işlər heç də az deyildir. Xüsusi ilə Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” siyasi-fəlsəfi fikirlərini özünə mayak bilən Azərbaycan - Türkiyə münasibətlərinin əhəmiyyətli tərkib hissəsi kimi AKP - YAP münasibətləri çox böyük tarixi hadisədir. Vətən Müharibəsi ərəfəsində və sonrasında qarşılıqlı edilmiş səfərlər və fikir mübadilələri qardaşlıq münasibətlərinin daha möhkəmlənməsinə xidmət etməkdədir.
