Sizin reklam burada
Sizin reklam burada
  • "İcbari tibbi sığorta ilə qarşılanmayan çox az sayda səhiyyə proqramları qalır ki, onlardan biri də onkologiyadır"- Əhliman Əmiraslanov

    "2026-cı ilin büdcə zərfi ilə tanış olduqda görürük ki, ötən illərdə olduğu kimi növbəti ilin də büdcəsi sosial yönümlüdür. 2026-cı ilin büdcəsində sosial xərclərin 41 faiz təşkil etməsi göstərir ki, sosial sahə ölkə prezidenti cənab İlham Əliyev siyasətinin piraritet istiqamətlərindən biridir. Növbəti ilin büdcəsində səhiyyə xərcləri 2 milyard manat nəzərdə tutulur ki, bu vəsaitin 44,6 faizi icbari tibbi sığorta fonduna yönəldiləcəkdir. Bununla da İcbari tibbi sığorta fondunun gəlirləri 2,6 milyard manata çatdırılacaqdır. Bütövlükdə isə növbəti ildə səhiyyə sahəsinə vəsait qoyuluşu 3,7 milyard manat təşkil edəcək."

    Bunu Milli Məclisin plenar iclasında "2026-cı ilin Dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov səsləndirib.
    O, növbəti ildə səhiyyə üzrə daha 8 dövlət proqramın icbari tibbi sığorta hesabına həyata keçiriləcəyini təqdirəlayiq hal kimi dilə gətirərək qeyd edib ki, bu proqramlar təbabətin kifayət qədər ağır və yüksək maliyyə tutumlu sahələrini əhatə edir:
    Bu proqramlar vərəm, şəkərli diabet, xroniki böyrək çatışmamazlığı, dağınıq skleroz və daha 4 klinik sahəni əhatə edəcəkdir. Bununlada icbari tibbi sığorta ilə qarşılanmayan çox az sayda səhiyyə proqramları qalır ki, onlardan biri də onkologiyadır. Bu proqramların da icbari tibbi sığorta ilə qarşılanmasına ciddi ehtiyac duyulur:

    "Ölkəmizdə icbari tibbi sığorta uğurla həyata keçirilir; ən mürəkkəb, və yüksək maliyyə tutumlu müayinə və müalicə üsulları tibbi sığorta ilə qarşılanır. Son 2 ildə 170 böyrək, 152 qara ciyər, 7 mindən çox oynaq, 200-dən çox koplyar, 23 min çox saylı kök hüceyrə transplantasiyası və 25 mindən çox ürək əməliyyatları icbari tibbi sığorta ilə icra olunmuşdur. Azərbaycan səhiyyəsi bu günlərdə daha bir uğura imza atmışdır. Qafqazda ilk dəfə olaraq Azərbaycanda uğurlu ürək transplantasiyası həyata keçirilib. Belə əməliyyatların sayı get-gedə artacaqdır və bu qəbildən olan əməliyyatların da icbari tibbi sığorta ilə qarşılanmasına ciddi ehtiyac var. İcbari tibbi sığorta xidmətlər zərfi daima genişlənir və inanıram ki, İcbari Tibbi sığorta yaxın gələcəkdə əhali arasında təsadüf edilən bütün xəstəliklərin müayinə və müalicəsini qarşılayacaqdır."

    Komitə sədri əhalinin icbari sığortadan məmnunluğun get-gedə artdığını, ancaq əhalimizə tibbi sığortadan yönləndirilənin də olduğunu və onlardan biri ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatının icbari tibbi sığorta ilə qarşılanması olduğunu dilə gətirərək bildirib ki, Milli Məclis bu məsələ ilə bağlı tibbi sığorta haqqında qanuna da müvafiq dəyişikliklər edib:

    "İnanıram ki, xəstələrin səbirsizliklə gözlədiyi bu problem növbəti ildə həllini tapacaq. İnsanlarımızı narahat edən digər məsələ əhaliyə göstərilən ilkin tibbi xidmət səviyyəsinin aşağı olmasıdı. Bu problem xüsusilə bölgələrdə, kənd yerlərində özünü daha qabarıq göstərir. Bölgələrdə olan tibb məntəqələrinin böyük bir qismi istifadəyə yararsız vəziyyətdədir. Ciddi kadr çatışmazlığı vardır. İlkin tibbi xidmətin ölkəmizdə vəziyyəti ilə bağlı Milli Məclisdə Səhiyyə Komitəsi, Səhiyyə Naziliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in iştirakı ilə geniş dinləmə keçirildi. Pilot rayon da müəyyən edildi, problemin həlli istiqamətində ilkin addımlar atılmağa başlanıb. Bu sahədə görülən işlərin surətləndirilməsinə ciddi ehtiyac var.
    Beləliklə, hesab edirəm ki, 2026-cı ilin büdcə zərfi mükəmməl və böyük peşəkarlıqla hazırlanmışdır."- Komitə sədri səsləndirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ