YAP Göygöl rayon təşkilatı üzrə Balçılı kənd ərazi partiya təşkilatının fəal üzvü
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə – UzA-ya verdiyi geniş müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin müasir mərhələsini, onların siyasi, iqtisadi, mədəni və geosiyasi konturlarını dolğun şəkildə açır. Müsahibədə dövlət başçısı təkcə iki ölkə arasındakı qardaşlıq əlaqələrinin hazırkı səviyyəsini deyil, həm də gələcək inkişafın istiqamətlərini izah edir. Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarixən möhkəm təməllərə malik olub, bu gün isə ali səviyyədə strateji müttəfiqlik, dərin siyasi yaxınlıq və qarşılıqlı etimad üzərində qurulub. Prezidentin müsahibəsində bu etimadın kökləri, onun nəticələri və perspektivləri xüsusilə geniş şəkildə təsvir edilir.Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərini xüsusi əhəmiyyətli prioritet kimi təqdim edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bu regionla həm siyasi, həm iqtisadi, həm də mədəni platformalarda fəal əməkdaşlıq edir.
Müsahibənin mühüm hissəsi iqtisadi əməkdaşlığa həsr olunub. Dövlət başçısı bildirib ki, son dövrlər Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsində ciddi artım müşahidə edilir, iqtisadi əlaqələr yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında investisiya əməkdaşlığı da genişlənir. Birgə sənaye layihələri, xüsusilə Qarabağ bölgəsində həyata keçirilən təşəbbüslər iqtisadi inteqrasiyanın real nəticələrini göstərir. Xankəndidə birgə fabrik yaradılması iki ölkə arasında sənaye əməkdaşlığının rəmzi kimi qiymətləndirilir və praktiki fayda təqdim edir.
Müsahibədə Prezident İlham Əliyev xalqların əsrlərlə formalaşan əlaqələrindən bəhs edərək Azərbaycan və Özbəkistan arasında münasibətlərin yalnız siyasi və iqtisadi maraqlara deyil, dərin mədəni və mənəvi bağlara əsaslandığını vurğulayıb.Bu münasibətlər təkcə dövlət başçılarının səviyyəsində deyil — xalqların yaddaşında və gündəlik münasibətlərində də öz əksini tapır. Təhsil, mədəniyyət və humanitar sahələrdə həyata keçirilən ortaq layihələr bu birliyin davamlı olduğunu göstərir.
Prezident İlham Əliyev Özbəkistan rəhbərliyi ilə şəxsi münasibətlərin əməkdaşlığın keyfiyyətinə ciddi təsir etdiyini bildirib. Azərbaycan və Özbəkistan arasında olan qarşılıqlı etimad iki ölkə arasında bütün sahələrdə dinamik əlaqələrin əsasını təşkil edir.
Dövlət başçılarının səmimi münasibəti bu gün regionda ən stabil və güclənən tərəfdaşlıq modellərindən birinə çevrilmiş Azərbaycan-Özbəkistan əlaqələrinin mühüm amilidir.Prezident İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin yalnız bu gününü deyil, qarşıdakı illərdə necə inkişaf edəcəyini də göstərən strateji bir sənəd kimi qiymətləndirilə bilər.
Bu müsahibə qardaş ölkələr arasında əlaqələrin yeni mərhələyə keçdiyini təsdiqləyir: siyasi müttəfiqlik daha da möhkəmlənir, iqtisadi inteqrasiya dərinləşir, nəqliyyat və enerji layihələri regional əməkdaşlığın konturlarını genişləndirir, mədəni bağlar isə bu münasibətləri sarsılmaz edir.Azərbaycan və Özbəkistanın ilişkiləri yalnız bu günün gündəliyinə aid deyil — regionda sabitliyin, inkişafın və qardaşlığın gələcəyini müəyyən edən strateji xəttdir.
Müsahibədə ən çox diqqət çəkən məqam Azərbaycan-Özbəkistan münasibətlərinin rəsmi şəkildə “ali strateji tərəfdaşlıq” adlandırılmasıdır. Bu status iki ölkə arasında istənilən sahədə ən yüksək səviyyədə əməkdaşlıq və koordinasiya deməkdir. Son illər Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələr tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı reallıqlar fonunda yeni mərhələyə qədəm qoyub. Qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, fəal siyasi dialoqlar, həmçinin dövlət başçılarının ikitərəfli səfərləri əməkdaşlığı daha da möhkəmləndirib. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd ediyi kimi, Şavkat Mirziyoyevlə şəxsi dostluğu və qarşılıqlı etimadı dövlətlərarası tərəfdaşlığın intensivliyinə həqiqətəndə böyük təsir göstərir.
