Sizin reklam burada
Sizin reklam burada
  • "Əgər biz bunu etməsək..."

    Büdcə müzakirələri zamanı Razi Nurullayev kəndlərin kommunal və sosial problemlərini qaldırıb

    "Təklif edirəm ki, ayrıca “"Kəndlərin İnkişafı Proqramı” qəbul edilsin.
    Qaz, işıq və su tarifləri kəndlər üçün hiss edəcək səviyyədə aşağı salınsın ki, onlar şəhərlə kənddə yaşamağın fərqini ailə büdcələrində hiss edə bilsinlər.
    Bu proqram nəticəsində kəndlərdə yaşamaq üçün sakinlərə ciddi güzəştlər tətbiq edilsin. Qaz, işıq və su tarifləri onlar üçün hiss edəcək səviyyədə aşağı olsun ki, onlar şəhərlə kənddə yaşamağın fərqini ailə büdcələrində hiss edə bilsinlər."
    Bunu Milli Məclisdə aparılan büdcə müzakirələri zamanı MCP sədri, deputat Razi Nurullayev deyib. O, əlavə edib ki, çıxışım kəndlərin və qəsəbələrin boşalması və əhalinin iş və sosial infrasruktur üçün şəhərə axışmasıdır. Kəndlərdə insanların qazanc yeri zəifdir. Kəndli torpaqda işləyir, amma qazancı ilə sadəcə ailəsini güclə dolandıra bilir, ya bilmir. Elə kəndlər var ki, qazlaşdırılmayıb. Qışda evini odunla qızdırmaq üçün kəndliyə yaşadığı coğrafiyadan asılı olaraq 1200 manatdan 3500 manata qədər pul tələb olunur. Özü qırıb gətirə bilməz, icazə yoxdur. Su, qaz sabit deyil. Sosial infrastruktur – məktəb, tibb məntəqəsi, nəqliyyat – ya zəifdir, ya da ümumiyyətlə yoxdur.

    Belə şəraitdə insan kənddə necə yaşasın? Nəticə göz önündədir – kəndlər boşalır, gənclər şəhərə üz tutur, kənd təsərrüfatı gücdən düşür, ərzaq təhlükəsizliyimiz zəifləyir.
    Deputat konkret təklif irəli sürüb:

    "Təklif edirəm ki, ayrıca “Kəndlərin İnkişafı Proqramı” qəbul edilsin.

    Bu proqram nəticəsində kəndlərdə yaşamaq üçün sakinlərə ciddi güzəştlər tətbiq edilsin. Qaz, işıq və su tarifləri onlar üçün hiss edəcək səviyyədə aşağı olsun ki, onlar şəhərlə kənddə yaşamağın fərqini ailə büdcələrində hiss edə bilsinlər. Əks halda, kəndli düşünəcək ki, niyə ömrünü şəraitsiz bir yerdə keçirməlidir?

    Bir dəfə kəndlilərlə söhbət zamanı şəhərdən gələnlər dedi ki, niyə narazısınız? Gül kimi təmiz hava, tıxac yox, sakitliq və rahatlıq. Onlar da dedi ki, təmiz havanı yemək olur? Təmiz hava ilə evi qızdırmaq olur? Təmiz hava ilə qazan asmaq olur? Təmiz hava ilə komunal xərcləri ödəmək olur?

    Qazlaşdırılmayan, xüsusən ucqar dağ kəndlərində yaşamaq üçün sosial infrastrukturun yaradılması, güzəştlərin tətbiq edilməsi üçün müəyyən qədər məbləğin elə bu ilin büdcəsində nəzərdə tutulmasını istəyirəm. Əgər biz bunu etməsək, ölkəmiz ildən-ilə daha ciddi iqtisadi və sosial problemlərlə üzləşəcək."- MCP sədri bildirib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ