Əməkdar mühəndis, iş adamı
Azərbaycanın dövlət idarəçiliyi uzun illər ərzində ağır sınaqlardan keçib. Xüsusilə Ramiz Mehdiyevin təsiri altında formalaşmış idarəçilik modeli ölkəmizin institusional inkişafına ciddi maneələr yaradıb, dövlət strukturlarında korrupsiya, mərkəzləşmiş idarəetmə və inhisarçılığın dərinləşməsinə səbəb olub. Bu sistem təhsil, səhiyyə, ordu, mədəniyyət və ümumi ictimai şüura uzunmüddətli mənfi təsir göstərib.
Bu mirası aradan qaldırmaq, sağlam idarəetmə prinsiplərini bərpa etmək və dövlət institutlarını gücləndirmək üçün həm zaman, həm də siyasi iradə tələb olunurdu. Bu gün Azərbaycan tamam fərqli mərhələdədir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, köhnə korrupsiya şəbəkələrinin dağıdılması, idarəçilik mədəniyyətinin yenilənməsi və institusional şəffaflığın artırılması ölkəmizi yeni inkişaf modelinə çıxarıb. Azərbaycan artıq köhnə idarəçilik psixologiyasından çıxaraq daha modern, güclü, çevik və xalqın maraqlarına xidmət edən sistem qurur.
Bu proses asan deyil – çünki söhbət 20 ildən artıq kök salmış idarəçilik modelinin transformasiyasından gedir. Lakin bu dəyişikliyin uğurla davam etməsi artıq dönüşü olmayan bir gerçəklikdir.
İnanıram ki, Azərbaycan yeni dövrün dövlətçilik standartlarını formalaşdırmaqda region üçün nümunə olacaq.
Uğurlarımız davamlı olsun. Yaşasın Azərbaycan!
