Sizin reklam burada
Sizin reklam burada
  • Deputatlarımız Türkiyəyə səfər edəcəklər

    Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov və Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov noyabrın 6-da Türkiyə Respublikasının Ərdahan şəhərinə səfər edəcəklər.
    Millət vəkilləri səfər çərçivəsində Ərdahan Universitetinin İqtisadiyyat və inzibati elmlər fakültəsinin tələbəsi olmuş, İkinci Qarabağ müharibəsi şəhidi Mustafa Kərimovun xatirəsinə həsr edilən Anım Konfransına qatılacaqlar və həmin konfrans zalına şəhidimizin adının verilməsi mərasimində iştirak edəcəklər.
    Səfər noyabrın 7-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ