Spiker Sahibə Qafarova deyib ki, bu ərazilərin dirçəldilməsi Azərbaycan hökumətinin inklüziv inkişafa və dayanıqlılığa yanaşmasının mühüm tərkib hissəsini təşkil edir. O, xatırladıb ki, bu ərazilər 30 il ərzində işğal altında qalıb və 2020-ci ildə işğaldan azad edilib. Spikerin sözlərinə görə, tamamilə dağıdılmış həmin ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri artıq hökumətimizin bu regionlarda əlli mindən çox insanı məskunlaşdırmasına və onların ölkənin ümumi sosial-iqtisadi həyatına yenidən inteqrasiya etməsinə imkan verib.