Sizin reklam burada
Sizin reklam burada
  • Liderə sədaqətin, Vətənə xidmətin, Xalqa məhəbbətin ünvanı - Mehriban xanım Əliyeva

    Musa Urud
    millət vəkili

    Müasir Azərbaycan dövlətinin inkişafında, qüdrətlənməsində, beynəlxalq nüfuzunun yüksəlməsində, xalq iqtidar birliyinin möhkəmlənməsində ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti, gərgin əməyi, misilsiz xidmətləri və böyük uğurları vardır.
    Mehriban xanımın çoxşaxəli, xoş məramlı , tolerantlıq və humanizm ənənələrinə söykənən birləşdirici, səfərbəredici fəaliyyəti sayəsində qədim və zəngin Azərbaycan mədəniyyəti dünya miqyasında ləyaqətlə təqdim olunmuş, xalqımıza çoxsaylı dostlar qazandırmış, Azərbaycanın beynəlxalq aləmdə müasir, sivil, tolerant, insan haqlarına və mənəvi dəyərlərə yüksək qiymət verən dünyəvi dövlət kimi tanınmasında əvəzsiz rol oynamışdır.
    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ən yaxın silahdaşı, ölkəmizin Birinci Vitse- prezidenti çox hörmətli Mehriban Xanım Əliyevanı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, dövlətimizin daha da qüdrətlənməsi, xalqımızın xoşbəxtliyi və firəvanlığı naminə yorulmaz fəaliyyətində yeni- yeni uğurlar arzulayıram!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ