Sizin reklam burada
Sizin reklam burada
  • Mehriban xanım Əliyeva qadın hərəkatının yeni səhifəsini yazır

    Pərvin Kərimzadə
    Milli Məclisin deputatı

    Xalqımızın mənəvi dəyərlərinin formalaşmasında, qorunmasında və inkişafında qadınlarımızın xüsusi rolu var. Zəriflik, incəlik, müqəddəslik rəmzi olan Azərbaycan qadını iradəsi, mərdliyi, saflığı ilə dünyaya nümunə olub. Müasir Azərbaycan tarixində zəngin təcrübəsi, böyük humanizmi, xeyirxahlığı, nəcibliyi ilə ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qadın hərəkatının yeni səhifəsini yazır. Mehriban xanımın fəaliyyəti maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir məkanı əhatə edir. Məsuliyyətli missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanır. Ölkənin Birinci xanımının təşəbbüsü ilə həyata keçirilən layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ