Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan respublikasının Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonuna səfər ediblər

    Azərbaycan respublikasının Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonuna səfər ediblər.
    Dövlətimiz başçısı və birinci xanım uzunluğu 11,7 kilometr olan Toğanalı- Kəlbəcər- İstsu Murovdağ tunelinin texniki açılışını ediblər.

    Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. Sakinlərlə görüşüdə cənab prezident vurğulayıb ki, Kəlbəcəri dünyanın möcüzəsinə çevirəcəyik.

    Ölkə başçısı Kəlbəcər şəhərində 3 və 4- cü yaşayış kompleksinin, şəhər parkının təməlini qoyub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.

    Eyni zamanda Dövlətimizin başçısı və birinci xanım Ağdərə rayonunun Vəngli kəndində Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər.

    Aqil Məmmədov
    VI çağırış Milli Məclisin deputatı, Kəlbəcər rayonu Ağsaqqallar Şurasının sədri





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ