Bunu "atributinfo.az"a açıqlamasında MCP başkanının müavini Ehtiram Mehdiyev deyib. O, əlavə edib ki, vətəndaş kənddəki əkin sahələrinin aylardır susuz qaldığını, kənd təsərrüfatı ilə məşğul olan insanların ciddi çətinlik çəkdiklərini dilə gətirərək qeyd edib ki, bu, sadəcə bir nəfərin deyil, bütövlükdə kənd camaatının gündəlik dolanışığına, kənd təsərrüfatına böyük zərbə vurur:
"Məsələni dərhal diqqətə götürdük. Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxladım. Onlar məsələni izləyəcəklərini və lazımi addımlar atacaqlarını bildirdilər. Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Toğrul müəllimlə danışdım. O da problemin qısa zamanda həll olunacağına söz verdi. Ümid edirik ki, kənd camaatının haqlı tələbi tezliklə öz həllini tapacaq, əkin sahələrinə su veriləcək."- Ehtiram Mehdiyev deyib.
