Söhbətdə Azərbaycan-Ukrayna münasibətlərinin hərtərəfli inkişafı fonunda parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi yolları nəzərdən keçirilib, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə, spiker Sahibə Qafarova Ruslan Stefançuku Azərbaycan Respublikasına səfərə dəvət edib. Telefon danışığı zamanı parlamentlərarası əlaqələrin birgə səylərlə həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
