Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili
Bir kağızla, bir qələmlə başlayan mediamızın bugünkü dairəsi dünyaya informasiyalar yayır. Həm də elə - belə xəbər yox. Ona dünyanın bütün qlobal mərkəzlərində istinad edirlər. Mediamızın son böyük hadisəsi Qarabağ zəfərini 150 yaşında 300 illik məğlubiyyət dövrünü qalibiyyət hadisəsinə çevirən Ali Baş Komandan İlham Əliyevin zəfər tarixini yaddaşa köçürmək olub.
Bu gün də informasiya böyük bir məsuliyyət altında missiyasını indiki və gələcək dövrə daşıyır.
Dünən Azərbaycan mediasının yaranmasının 150 illiyi münasibətilə Sosial Tədqiqatlar Mərkəzi nin Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli ilə sektor müdiri Tural İsmayılovu təltif etdik.
Onların dövlətçilik yolundakı fəaliyyəti, xüsusilə bir beyin mərkəzinin informasiya siyasətinin həyata keçirilməsində oynadıqları rol diqqətəlayiqdir.
Əməkdaşları təbrik edirik, onlara uğurlar arzulayırıq!
