Sizin reklam burada
Sizin reklam burada
  • Avropanın təbii qaz ehtiyacını qarşılamağa hazırıq

    İyulun 19-da Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu işə başlamışdır. Üç gün davam edən Forumda əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də iştirak etmişdir. Forum iştirakçıları ilə görüşü zamanı onların suallarını cavablandıran Prezident İlham Əliyev ölkənin strateji əhəmiyyəti, regional sülh quruculuğu prosesində atdığı addımlar və mühüm qlobal çağırışlarla bağlı vacib məqamlara toxunmuşdur. Dövlət başçısı bildirmişdir ki, ənənəvi enerji infrastrukturu layihələrinə gəldikdə deyə bilərəm ki, biz bütün planlarımıza nail olmuşuq. Bəli, biz bilirik ki, bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var və biz bu həcmi artırmağa hazırıq. 2021-ci ildə bu həcm 8 milyard kubmetr idi. Bu gün 13 milyard kubmetrdir. Bu, bizim ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır.
    Yaşıl enerjiyə gəldikdə, Avropa bankları artıq faydalı qazıntı enerji növlərinə maliyyələşmə ayırmır. Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşməni demək olar ki, dayandırmışdır. Buna görə isə əlbəttə ki, biz imkanlarımızı genişləndirmək üçün vəsait cəlb edə bilmərik. Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir. Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur. Onu genişləndirmək üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq tamamlanmış kimi görünən bir məsələ yenidən inkişaf etdirilə bilər. Avropanın Azərbaycan qazına daha çox ehtiyacı var. Onların Azərbaycanın yaşıl enerjisinə ehtiyacı var. Bəli, biz bilirik ki, Avropada olan külək elektrostansiyalarının sayı nə qədərdir və onların planları nədən ibarətdir. Ancaq biz bir yerdə çalışmağı avropalı tərəfdaşlarımıza təklif etdik. Azərbaycanın coğrafi olaraq Avropa və Asiya arasında yerləşən bir məkan kimi nəhəng meqalayihələrin icrasında təcrübəsi, şaxələndirilmiş xarici siyasəti və xarici siyasət gündəliyi sayəsində biz əhəmiyyətli və həlledici rol oynaya bilərik.

    Əfsanə İsayeva
    Göygöl RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ