Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının rifahına və işıqlı gələcəyinə daima xidmət etmişdir. Məqsədyönlü xarici və daxili siyasətimiz nəticəsində Azərbaycan nəinki regionumuzda, regionumuzdan daha böyük coğrafiyada lider ölkəyə çevrilmişdir. Son 20 ildə qazanılan uğurlar, əldə olunan nailiyyətlər dövlət başçımızın siyasətinə alternativin olmadığını bir daha sübut etmişdir. Xalqımızın öz Müzəffər Liderinə inamı və etibarı sonsuzdur."
Bu fikirləri Milli Məclisin fevralın 1-də keçirilən yaz sessiyasının ilk iclasında çıxışı zamanı deputat Emin Hacıyev səsləndirib. O, eyni zamanda çıxışındaVətən müharibəsində qazandığımız qələbəni və uğurlu antiterror əməliyyatının həyata keçirilməsini həzm edə bilməyən qüvvələrin Azərbaycana qarşı öz qərəzli mövqelərini davam etdirdiklərini təəssüflə vurğulayıb:
"Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması ilə bağlı təşəbbüsü növbəti qarayaxma kampaniyasıdır. Dövlətimizə qarşı siyasi təzyiq rolu oynamağa çalışanlar anlamalıdılar ki, bu səylər heç bir nəticə verməyəcək. İnsan hüquqlarının pozulmasından danışan, erməni əsilli sakinlərin Qarabağdan zorakılıqla köçürülməsi kimi əsassız və gülünc iddia ilə çıxış edən AŞPA otuz ildən artıq müddət zamanı doğma yurdlarından silah gücünə deportasiya edilmiş həmyerlilərimizin taleyi ilə nə üçün maraqlanmırdı? Bütün bu ədalətsizliklərə göz yuman AŞPA-nın Azərbaycan tərəfindən heç bir maneə və təzyiq olmadan öz seçimləri ilə Qarabağı tərk edən erməni əsilli sakinlərin hüquqlarının pozulduğu iddiası ilə çıxış etməsi ikiüzlülük, siyasi riyakarlıq, dini və milli ayrı-seçkilikdir.
Azərbaycan bir daha öz mövqeyi və cavabı ilə heç bir təzyiqin nəticə verməyəcəyini göstərdi. Biz beynəlxalq hüquqa və prinsiplərə əsaslanan müstəqil qərarlar qəbul edirik və müstəqil siyasət yürüdürük. AŞPA-nın və digər kənar təsir göstərməyə çalışan qüvvələrin cəhdləri Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Dövlətimizə qarşı qərəzli mövqedən çıxış edən bu qüvvələr 7 fevral 2024-cü il tarixində birliyimizin və qətiyyətimizin şahidi olacaqlar."- Deputat səsləndirib.
Bəradər Səməndərli
"Atributinfo.az"
