Sizin reklam burada
Sizin reklam burada
  • Sabiq diplomatın kobud və kobuddan da kobud səhvi...

    Sabiq diplomatın kobud və kobuddan da kobud səhvi...İsfəndiyar Vahabzadənin tərcümeyi-halına baxanda, onun tutduğu məsul vəzifələrin siyahısı ilə tanış olanda inanmaq olmur ki, həmin təhrikçi və təxribatçı bəyanatı məhz bu adam verib. Dəfələrlə -- həm Asiyada , həm də Avropada səfir işləmiş, nazir müavini olmuş bir adamın hansısa sərxoş dəyyusa görə bütün rus xalqını təhqir etməsinə necə inanasan?
    İndi Rusiyada kimi inandırmaq olar ki, bu, Azərbaycan dövlətinin deyil, sabiq diplomatın bəyanatıdır? Məgər Jirinovskinin sərsəmləmələrini, cəfəngiyyatlarını Rusiyanın deyil, bir deputatın fikirləri olduğunu Azərbaycanda kiməsə inandırmaq olur?
    Azərbaycanın bu şərəfli dövründə, Qafqazdakı sülhün kövrək günlərində bizə dəstək olduğunu göstərən rusların hamısını donuz adlandırmaq kimə lazım idi? Hər halda bizə lazım deyildi.
    Yaşı 70-i haqlamış köhnə diplomat Jirinovskiyə niyə baş qoşur? Axı Jirinovski də atasının hesabına ortaya çıxmış, sonralar miqyası, eni-uzunu bilinməyən məsuliyyətsizliklərlə və ara qarışdırmaqla məşğuldur.

    Sabiq diplomatın kobud və kobuddan da kobud səhvi...
    İttifaq Mirzəbəyli
    Əməkdar jurnalist

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ