Sizin reklam burada
Sizin reklam burada
  • Hərracda 44 nəqliyyat vasitəsi satılıb


    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 25-də keçirilən hərracda 44 nəqliyyat vasitəsi satılıb.

    Dövlət Xidmətindən bildirilib ki, yük avtomobillərinin və texnikaların satışı zamanı rəqabət müşahidə edilib. Belə ki, hərracda start qiyməti 7350 manat olan lot 30 min 200 manata, ilkin qiyməti 3100 manat olan “KAMAZ” markalı yük avtomobili 21 min 31 manata, ilkin qiyməti 2000 manat olan “Amkodor” markalı ekskavator-yükləyici isə 15 min 100 manata satılıb.

    Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

    Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 1, 8, 15, 22 və 29 sentyabr tarixlərində keçiriləcək.

    Hərraclarda iştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az  aytlarından seçim edə bilərlər.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ