Sizin reklam burada
Sizin reklam burada
  • Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

    Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun III turunda ilk oyununa çıxıb.

     Mingəçevir təmsilçisi “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Şimali Makedoniyanın “Çair” komandası ilə qarşılaşıb. Görüş Skopye klubunun qələbəsi ilə başa çatıb – 27:24.

    Komandalar arasında cavab qarşılaşması noyabrın 15-də eyni arenada keçiriləcək.

    Xatırladaq ki, “Kür” əvvəlki mərhələdə Kiprin APOEL komandasını hər iki oyunda məğlub edərək növbəti raunda yüksəlib. Azərbaycan təmsilçisi rəqibini ilk görüşdə 40:18, cavab matçında isə 39:13 hesabı ilə üstələyib.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ