Sizin reklam burada
Sizin reklam burada
  • Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək


    Polşa Ukrayna üçün ABŞ silahlarının alınmasını nəzərdə tutan NATO proqramına maliyyə töhfəsi verməyəcək.

    Bunu Polşanın Baş naziri Donald Tusk jurnalistlərə açıqlamasında bildirib.

    “Mən NATO-nun Baş katibi Mark Rutteyə məlumat verdim ki, hələlik PURL proqramına töhfə verməyəcəyik”, – deyə Tusk “TVP Info” telekanalının yayımladığı mətbuat konfransında qeyd edib.

    Baş nazir bu qərarı Polşada büdcə kəsirinin yüksək olması və ölkənin müdafiə xərcləri ilə izah edib.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ