Sizin reklam burada
Sizin reklam burada
  • Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb


    Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası gizli səsvermənin nəticələrinə əsasən Rusiyanın TASS informasiya agentliyini təşkilatın üzvlüyündən çıxarıb.

    Alyans TASS-ın üzvlükdən çıxarılmasının səbəbləri barədə açıqlama verməyib.

    Səsvermə noyabrın 13-də Kiprin Larnaka şəhərində keçirilən Baş Assambleyanın iclasında baş tutub. Qeyd edək ki, alyansın rəhbər orqanı olan EANA Şurası 2022-ci il fevralın 27-də TASS-ın təşkilatda üzvlüyünün dayandırıldığını açıqlamışdı.

    Xatırladaq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 2008-ci ildən EANA-nın üzvüdür.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ