Sizin reklam burada
Sizin reklam burada
  • AFFA rəsmisi Çempionlar Liqasına təyinat alıb


    AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan yeni təyinat alıb.

    Milli assosiasiyadan verilən məlumata görə, o, UEFA Qadınlar Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Lüven” (Belçika) – “Köge” (Danimarka) oyununun UEFA nümayəndəsi olacaq.

    Qarşılaşma noyabrın 11-də Belçikanın Lüven şəhərində yerləşən “Den Dreef” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ