Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.
ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Açılış matçında “Qəbələ” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.
Günün digər oyununda “Şəfa” “SOCAR Polymer Arena”da “İmişli” ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:15-də start götürəcək.
Qeyd edək ki, turun digər matçları avqustun 30-31-də təşkil olunacaq.
