Sizin reklam burada
Sizin reklam burada
  • Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniya komandasını məğlub edib

    Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının ev sahibliyi etdiyi Avropa çempionatının C qrupunda növbəti oyununu keçirib.

      Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv qrup mərhələsinin III turunda Rumıniya komandası ilə qarşılaşıb. Milli Gimnastika Arenasında keçirilən görüş komandamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

    Xallarını 8-ə çatdıran Azərbaycan millisi C qrupunda liderliyini davam etdirir.

    Yığma daha əvvəl Portuqaliya komandasını 3:1, İspaniya yığmasını isə 3:0 hesabı ilə üstələyib. Komanda növbəti oyunlarını Belçika və Niderland seçmələrinə qarşı keçirəcək.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ