Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və idman direktoru İlqar Qurbanov Türkiyə I Liqasının III turu çərçivəsində keçirilən “Karagümrük” – “Bursaspor” oyununu tribunadan canlı izləyib.
Onlar Bursa təmsilçisində çıxış edən yığma üzvü Toral Bayramovun çıxışını yerində görmək üçün Türkiyəyə yollanıblar.
Meydana start heyətində çıxan Bayramov 17-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Fasilədən dərhal sonra əvəzlənən müdafiəçi oyunda ən aşağı qiyməti (6.3) alıb.
Qeyd edək ki, qarşılaşma “Bursaspor”un 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
