Türkiyənin "Fənərbağça" komandasının sabiq futbolçusu Sərdar Dursun karyerasını “Qaziantep”də davam etdirəcək. 34 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.Təcrübəli forvard son olaraq "Kocaelispor"un heyətində çıxış edib.Qeyd edək ki, Sərdar Dursun 2020–2021-ci illər mövsümündə Almaniyanın II Bundesliqasında bombardir olub.