Çempionatın L qrupunda Qana yığması Panama ilə üz-üzə gəlib.
Oyunun son dəqiqələrində rəqib qapısına yol tapan Qana komandası 1:0 hesabı ilə qələbə qazanıb.
Qrupun digər matçında İngiltərə Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib.
Bu gün saat 06:00-da isə K qrupunda mübarizə aparan Özbəkistan komandası Kolumbiya ilə qarşılaşacaq.
Qeyd edək ki, bu qrupun ilk oyununda Portuqaliya Konqo Demokratik Respublikası ilə bacarmayıb. Qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb.
