Sizin reklam burada
Sizin reklam burada
  • Futbol üzrə Dünya Çempionatına start verildi

    İltizam Yusifov
    VI çağırış Milli Məclisin deputatı

    2026-cı il futbol üzrə dünya çempionatı rəsmən başlayıb. İlk dəfə olaraq 2026-cı il dünya çempionatı eyni anda üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika. Turnirin ilk möhtəşəm açılış mərasimi Mexikoda məşhur "Estadio Azteca" stadionunda keçirilib. Açılış nitqi ilə meksikalı amerikalı aktrisa Salma Hayek çıxış edib. Mərasimdə italyan opera müğənnisi Andrea Bocelli və cənubi koreyalı müğənni EJAE də çıxış ediblər.
    Digər diqqətçəkən hadisə Şakiranın ifası oldu. Kolumbiyalı müğənni "Dai Dai" mahnısını ifa etdi və tarixdə 4 Dünya Kubokunda çıxış edən ilk sənətçi oldu. O, əvvəllər 2006, 2010 və 2014-cü il turnirlərinin musiqi proqramlarında iştirak edib.

    Mənim ən çox sevdiyim stadionlardan biri və birincilərindən məhz Meksikanın paytaxtı Mexikodakı “Estadio Azteca” stadionudur. Bu stadion dünyanın ən böyük stadionları sırasındadır. “Atzteka” stadionu ilə bağlı bəzi məqamlar da Dünya futbol tarixində xüsusi yer tutur:
    Stadion 1966 –cı ildə, yəni 60 il bundan əvvəl istifadəyə verilib və 87525 tamaşaçı tutur. Amma 100 000 tamaşaçını asanlıqla qəbul edə bilir. Dəniz səviyyəsində ən hündür (2200 m ) yerləşən stadionlardandır.
    1968 –ci ildə Meksika-Braziliya yoldaşlıq oyununda 119 853 (120 000) tamaşaçı olub. 1993-cü ildə Çaves-Greq Xogen arasında boks yarıçmasını 132 247 nədər izləyib.
    Bu stadion 1968-ci il yay Olimpiada oyunlarını qəbul edib.
    Bu stadionda artıq 3 Dünya Çempionatınının (1970, 1986, 2026) oyunları keçirilib.
    Bu stadionda 1970-ci ilin finalında qalib gələn Braziliya yığması 3-cü dəfə Dünya Çempionluğunu qazanaraq Dünya Kuboku qızıl ilahə “Nike”ni öz olkələrinə apardılar. Qızıl kuboku məşhur Pele başı üzərinə qaldırır.
    1986-cı ildə məhz “Atzteka” stadionunda əfsanəvi Dieqo Maradona “Tanrının əli” qolunu ingilislərin qapısından keçirib.
    Məhz “Atzteka” stadionunda əfsanəvi Dieqo Maradona FİFA kateqoriyası ilə 20-ci əsrin ən gözəl qolunu təkbaşına məşhur keçidini edərək vurub.
    1986-cı ildə Meksika-Bolqariya-2-0 oyununda Meksikalı Neqretonun aşırma (Çerez-sebya) zərbəsi ilə vurduğu qol “Meksika Dalğası” yaratdə və bu gün də futbol azərkeşlərinin sevimli elementi olaraq bütün dünyada sevilir və tətbiq edilir.
    Bu stadionda keçirilən konsertlərdə Maykl Cekson, Əlton Con, Luçano Pavarotti, Plasodo Dominqo, Xose Karreras və s. çıxış ediblər. Roma Papası ll Pavel İohann da bu stadionda çıxış edib.

    Dünya Çempionatı yeni başlayıb. Amma artıq ilk oyunlar bir daha göstərir ki, Klub komandaların oyunu, turnirləri ilə Milli komandaların oyunu, oyununun səvilyəsi, təşkili ayrı-ayrı məqam və səviyyələrdir. Klub komanda oyunları, turnirləri sırf kommersilaşıb və heç də hər bir ölkənin Milli futbolunun göstəricisi deyil. Bunu İngilis futbolunda daha aydın görmək olar. Dünyanın ən güclü ölkə çempionatı İngiltərə Primer Ligasıdır. Amma ingilislər cəmi 1 dəfə öz evlərində Tofiq Bəhramovun hesabına güclə Dünya Çempionu olublar.
    Canımız Türkiyə də Dünya Çempionatına güclə olsa da yollana bildi. Bəli güclə. Bu gün ilk oyununu Avstraliya ilə keçirdi və 0-2 hesabla uduzdu. Avstraliyalıların oyun təşkili möhtəşəm idi. Fiziki hazırliqlarına da söz ola bilməzdi. Ayrı-ayrılıqda yaxşı futbolçuların olmasına baxmayaraq Türkiyə komandası demək olar ki, oynaya bilmədi. Hiss eləmədilər ki, arxalarında 86 milyonluq Türkiyə və 300 milyonluq Türk dünyası var. Hiss olunmadı. Milli ruh hiss olunmadı. Milli Ruhu aşılayan isə əsasən məşqçilərdir. Məşqçi məsələsi bütün komponentlərdə əsas faktordur.

    1930-cu ildən keçirilən Dünya Çempionatlarında Çempion olmuş komandaların məşqçilərinin milliyyətinə baxaq:

    1. Braziliya 5 dəfə Dünya Çempionu olub. Bunun 5-i də Braziliyalı məşqçı ilə olub
    2. İtaliya 4 dəfə Dünya Çempionu olub. 4-i də İtaliyalı məşqçı ilə olub.
    3. Almaniya 4 dəfə Dünya Çempionu olub. 4-i də Alman məqçi ilə olub.
    4. Argentina 3 dəfə Dünya Çempionu olub. 3-i də Argentinalı məşqçı ilə olub.
    5. Fransa 2 dəfə Dünya Çempionu olub. 2-i də Fransız məşqçı ilə olub.
    6. Uruqvay 2 dəfə Dünya Çempionu olub. 2-i də Uruqvaylı məşqçi ilə olub.
    7. İspaniya 1 dəfə Dünya Çempionu olub. Məşqçi İspan olub.
    8. İngiltərə 1 dəfə Dünya Çempionu olub. Məşqçi İngilis olub.

    Demək analiz göstərir ki, 1930-cu ildə kecirilən 22 Dünya Çempionatında qalib olkələrin komandalarının məşqçiləri elə həmin ölkənin vətəndaşları olublar. Demək 96 ildir bu qanunauyğunluq pozulmur.

    23-cü Dünya Çempionatı yeni başlayıb. Hələ irəlidə bir aydan çox zaman və çoxlu oyunlar var. Hesab edirəm ki, bu qanunauyğunluq özünü döğruldacaq: Bu gün güclü İspaniyaya ispan, güclü Fransaya Fransız və s. rəhbərlik edir.

    Türkiyə Millisi cəmi 1 dəfə -2002-ci il Dünya Çempionatında 3-cü olaraq Bürünc medal qazanıb. Məşqçi Şenol Günəş əsil Türkdür. Montella Şenol Günəşin, Fatih Terimin və s. verə biləcəyi ruhu, motivasiyanı verə bilməz.

    Demək “Milli Ruhu” kənardan gətirmək olmur. Və deyərdim ki, “Milli ruhu kommersiyalaşdırmaq olmur” paradiqması futbolda tam olaraq özünü döğruldur.

    Növbəti bir məqam. Bəli bu gün dünyada məşqçilər ordusu formalaşıb. Artıq onlar dünya futboluna diqtə edirlər. Razıyam, məşçi böyük faktordur. Lakin yeni başlayan Çempionat da bir daha sübut edir ki, hansı olkədə məşqçi problemi varsa, demək həmin ölkənin futbolu böhran yaşayır. Bu futbol nəhəngi olan Braziliyada da görünür. Düşünmürəm ki, İtalyan Ançelotti Braziliya ruhlu olsun. Dünən Əlcəzairl-Braziliya oyunu bunu bir daha sübut elədi.

    Bu hal Azərbaycan Çempionatında da digər formatda-Legionerlik səviyyəsində özünü göstərir. 2026-cı il Mart ayında, ölkə şempionatının və Kubokunun Qarabağ-Sabah oyununda meydanda 22 oyunçudan 21-i ənnəbi, yalnız 1 nəfər- Tural Bayramov azərbaycan vətəndaşı var idi. Yəni bu futbolun Azərbaycan futbolun inkişafına heç bir xeyiri, hətta təsiri də yoxdur.

    Digər bir məqam. Ölkədə futbol Akademiyaları demək olar ki, yoxdur. Ən azından olsa da fəaliyyətləri hiss olunmur. Ölkədı ən yaxşı bazası olan və ən yaxşı Akademiya “Sabah”FK Futbol Akademiyası sayılır. Neçə ola bilər ki, bu ilki Çempion “Sabah” FK əsas heyəyində 1 nəfər də Akademiyanın yetişdirməsi yoxdur?

    "Sabah"ın baş Məçqşisi Dombrauskas elə də bir futbol mütəxəssisi deyil. Litvada heç vaxt futbol olmayıb. “”Jalgiris həmişə “Neftçi” dən də zəif olub. Litvada yaxşı Basketbol olub və bu gün də var. Bu məqam da diqqətdən qaçmamalıdır. Ümumi nəticə isə həmişəki kimi bəllidir: Son görüşlərdə Miilimiz Maltaya -2-0 udizur.

    Demək Milli Komandaların uğurları bütün komponentləri ilə milliliyə bağlıdır. Hələlik isə Dünya Çempionatını izləyək və əsil futboldan zövq alaq.

    Qeyd: Bu Dünya Çempionatındakı "Trionda" adlı rəsmi Futbol topu ilk dəfə olaraq içərisində məlumatları ani ötürən xüsusi Çiplə təhciz olunmuş və yüksək texnologiyalar ilə hazırlanmış bir topdur.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ