Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təlimçi qismində çıxış edərək, idman sahəsində uşaq hüquqlarının qorunmasının əhəmiyyəti, məşqçi və uşaqlar arasında sağlam ünsiyyətin qurulması, etik davranış prinsipləri, uşaqlar arasında zorakılıq hallarının qarşısının alınması, ayrı-seçkiliklə mübarizə və təhlükəsiz idman mühitinin yaradılması istiqamətində geniş məlumat verib.
Bununla yanaşı, təlim zamanı iştirakçılara idman mühitində uşaqların hüquqlarının pozulmasına səbəb ola biləcək real situasiyalar əsasında praktiki nümunələr təqdim edilib, belə hallarda düzgün yanaşma və davranış qaydaları izah olunub, uşaqların hüquqlarının qorunmasına xidmət edən hüquqi müdafiə mexanizmləri, o cümlədən Ombudsmanın mandatı, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Təlimin sonunda məşqçi və uşaqların mövzu ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
