Sizin reklam burada
Sizin reklam burada
  • Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatını 7 medalla başa vurub

    Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.

    Güləş Federasiyasından bildirilib ki, yarışın sonuncu – yeddinci günündə sərbəst güləş üzrə Azərbaycan millisi 2 medal qazanıb.

    Tunar Həsənov (45 kiloqram) bürünc medal qarşılaşmasında türkiyəli Buğra Eldemirə 5:2 hesabı ilə qalib gələrək qitə birinciliyini üçüncü pillədə başa vurub.

    İbrahim Həsənov (51 kiloqram) finalda türkiyəli Məhəmməd Qolha üzərində inamlı qələbə (11:3) qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Elgün Kərimli (92 kiloqram) təsəlliverici görüşdə belaruslu Timur Mirzəyevə tam üstünlüklə (11:1) qalib gəlsə də, üçüncü yer uğrunda mübarizədə gürcüstanlı Nurəddin Mustafayevə məğlub olub – 0:8.

    Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ