Sizin reklam burada
Sizin reklam burada
  • “Mançester Siti” “Everton”la səfər oyununda vacib xallar itirib

    Futbol üzrə İngiltərə Premyer Liqasında XXXV tura yekun vurulub.

    Turun bağlanış oyununda "Mançester Siti" səfərdə "Everton"la qarşılaşıb. Kifayət qədər dramatik alınan görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb.

    İlk hissədə hesabı açan qonaqlar fasiləyə üstün yollanıblar. İkinci hissəyə daha yaxşı başlayan meydan sahibləri "şəhərlilər"in qapısından 3 top keçiriblər. Məğlubiyyətlə barışmaq istəməyən Mançester təmsilçisi 2 qol vuraraq yekunda heç-heçəyə nail olub.

    Bu nəticədən sonra xallarının sayını 71-ə çatdıran "Mançester Siti" 2-ci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan "şəhərlilər" lider "Arsenal"dan 7 xal geri qalır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ