Çempionatın XXXIII turunun sonuncu oyununda “Vest Hem” və “Kristal Pelas” komandaları arasında qeydə alınan heç-heçə (0:0) “Vulverhempton”un liqada qalmaq şanslarını itirməsinə səbəb olub.
Hazırda aktivində 17 xal olan Rob Edvardsın komandası turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, “Vulverhempton” 2018/2019-cu illər mövsümündən İngiltərə Premyer Liqasında çıxış edirdi.
