Sizin reklam burada
Sizin reklam burada
  • "Qarabağ" - HİK oyununa maraq necədir?

    Atributinfo.az xəbər verir ki, bu gün "Qarabağ"la HİK (Finlandiya) arasında keçiriləcək oyuna satılan son bilet sayı bəlli olub.
    Hər iki komanda arasında görüş Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 20:00-da başlanacaq.
    Bu gün saat 12:00-a olan məlumata əsasən, matça 16 min satılıb.
    Qeyd edək ki, oyunun biletlərinin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
    Xatırladaq ki, "Qarabağ"la HİK arasında cavab oyunu avqustun 17-də Helsinki şəhərində keçiriləcək.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ