Sizin reklam burada
Sizin reklam burada
  • İspaniya futbolçusu Traore "Vulverhempton"dan "Yuventus"a keçə bilər

    İspaniya futbolçusu Traore "Vulverhempton"dan "Yuventus"a keçə bilər İtaliyanın "Yuventus" futbol klubu İngiltərə "Volverhempton"un formasını geyən İspaniya millisinin hucumçusu Adam Traorenin xidmətində maraqlıdır.
    Traorenin xidmətlərini "Yuventus"a oyunçunun agenti Jorje Mendes təklif edib. Keçiddə əsas problem 24 yaşlı hücumçunun ən az 70 milyon avro olan transfer qiyməti ola bilər. Mendes problemə həll tapmaq üçün çalışır, "Yuventus" isə düşünmək üçün ara verib. Transfer yalnız Braziliyalı hücumçu Duqlas Kosta və italyan yarımmüdafiəçi Federiko Bernardeskinin Turinin klubundan ayrıldığı zaman baş verə bilər.
    Traore İspaniya “Barselona”sının yetirməsidir. “Volverhempton” üçün 2018-ci ildən, daha əvvəl isə İngiltərənin “Aston Villa” və “Midlsbro” klublarında oynayıb. Keçən mövsüm Traore, "Volverhempton" komandasında bütün turnirlərdə 54 oyun keçirib, altı qol vurub və 12 faydalı ötürmə edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ