Sizin reklam burada
Sizin reklam burada
  • Şahmatçımız Avropa çempionatında erməniyə qalib gəldi

    Şahmatçımız Avropa çempionatında erməniyə qalib gəldi Şimali Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında IX turun matçları başa çatıb. Oyunlar Azərbaycan millisinin üzvləri üçün uğurlu alınıb.
    Təmsilçilərimizdən 4-ü çıxışını qələbə ilə bitirib, 2-si heç-heçə oynayıb. Eltac Səfərli ermənistanlı Manuel Petrosyanı məğlub edib. O, bu qələbə sayəsində 55-ci yerə yüksəlib. Rauf Məmmədov, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli də turu 1 xalla başa vurub.
    Avropa çempionatı
    IX tur
    Eltac Səfərli (2662) – Manuel Petrosyan (Ermənistan, 2564) - 1:0
    Rauf Məmmədov (2701) – Konstantinos Meqalios (Yunanıstan, 2416) - 1:0
    Viktor Matvişen (Ukrayna, 2490) - Kənan Qarayev (2368) – 1:0
    Duşan Radovanoviç (Serbiya) - Məhəmməd Muradlı (2444) - 0:1
    Luja Osmak (Ukrayna, 2399) - Ülvi Sadıqov (2488) - 0,5:0,5
    Cahandar Azadəliyev (1863) - Lidiya Tomaşevskaya (Rusiya, 2112) - 0,5:0,5
    Metodi Stoynev (Bolqarıstan) - Abdulla Qədimbəyli (2404) – 0:1
    Turnir cədvəli: 1. Kasper Piorun (Polşa), 2. Maksim Rotşteyn (İsrail), 3. Vladislav Artemiyev (Rusiya) - hamısı 7 xal, ...55. Eltac Səfərli - 6, ...124. Rauf Məmmədov -5, ...189. Məhəmməd Muradlı, ....204. Ülvi Sadıqov – 4,5, ...236. Kənan Qarayev, ...248. Abdulla Qədimbəyli – 4, ...355. Cahandar Azadəliyev - 3.
    Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ