Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda sərnişin avtobusu piyadanı vurub

    Bakıda sərnişin avtobusu piyadanı vurub Bakının Nizami rayonunda 1 nəfərin yaralanmasına səbəb olan yol qəzası baş verib.
    Hadisə Qara Qarayev prospektində, 8-ci kilometr bazarının yaxınlığında qeydə alınıb.
    49 saylı xətt marşrutu üzrə hərəkət edən avtobus yolu keçmək istəyən piyada - 1963-cü il təvəllüdlü Əhmədova Nisə Adil qızını vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
    Faktla bağlı araşdırma aparılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ