Sizin reklam burada
Sizin reklam burada
  • İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb


    Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda çökən 7 mərtəbəli binanın dağıntıları altında davam edən axtarış-xilasetmə işləri başa çatıb.

    Hadisə nəticəsində sakinlərdən beşi ölüb, on nəfər isə yaralı vəziyyətdə xilas edilib.

    Xatırladaq ki, hadisə oktyabrın 8-i yerli vaxtla saat 05:40 radələrində baş verib.

    Əhali Qeydiyyat Sisteminə görə, bina 1987-ci ildə tikilib. Binanın birinci mərtəbəsindən iş yeri, yuxarı mərtəbələrdə yerləşən 12 mənzildən isə yaşayış məqsədilə istifadə olunub. Binada ümumilikdə 33 nəfər yaşayıb.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ