![]()
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazından keçən gəmi hərəkətini tam nəzarətdə saxladığını bildirib.
Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərə açıqlama verərkən bildirib.
"Biz sözün əsl mənasında Hörmüz boğazına nəzarət edirik. Tam nəzarətimiz var",- deyə o, vurğulayıb.
Onun sözlərinə görə, İran tərəfi vəziyyətə müdaxilə etmək üçün yalnız məhdud imkanlara malikdir: "Onlar, məsələn, sadəcə bir mina yerləşdirə bilərlər". Dövlət başçısı əlavə edib ki, hətta bu da müəyyən problem yarada bilər, çünki gəmi sahibləri boğazı keçərkən riskə getmək istəmirlər.
İranla qarşıdurmada məqsədlərinə tezliklə çatacağını vurğulayan Tramp xatırladıb ki, o, daha əvvəl seçkilərdən sonra və ya hətta əvvəl bu ölkə ilə razılığın əldə olunacağına inandığını bildirmişdi.
