Sizin reklam burada
Sizin reklam burada
  • CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb

    ABŞ Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadasını bərpa etdikdən sonra bu ölkə ilə əlaqəli olan və İran limanlarına hərəkət edən 125 ticarət gəmisini ələ keçirib.

    Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

    Qurumun açıqlamasına görə, sentyabrın 30-na olan vəziyyətə əsasən, hərbi dəniz qüvvələri müəyyən edilmiş qaydalara əməl olunmasını təmin etmək üçün həmin gəmilərin istiqamətini dəyişdirib. Təkcə son yeddi gündə ABŞ ordusu 10 ticarət gəmisini nəzarətə götürüb.

    Xatırladaq ki, ABŞ Hərbi Dəniz Qüvvələri iyulun 14-də İran limanları istiqamətində hərəkət edən gəmilərin dəniz blokadasını yenidən bərpa edib. Daha əvvəl – aprelin 13-dən iyunun 18-dək qüvvədə olan oxşar rejim zamanı isə komandanlıq qüvvələri 142 gəmini yönləndirib, qaydalara tabe olmayan 9 gəmini sıradan çıxarıb, humanitar yük daşıyan 50-dən çox gəminin isə keçidinə icazə verib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ