Sizin reklam burada
Sizin reklam burada
  • Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsilə xəstəxanaya hospitalizasiya olunduğu açıqlanıb, araşdırma aparılır

    Sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Kürdəmir rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilib.

    Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.


    10:09


    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonunda qeydə alınan zəhərlənmə hadisəsi ilə məlumat yayıb.

     Bildirilib ki, Kürdəmirdə yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı agentlik tərəfindən araşdırma aparılır.

    Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində agentlik müvafiq tədbirlər görür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ