Sizin reklam burada
Sizin reklam burada
  • Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb

    Kəngərli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Böyükdüz kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 75-BX-715 dövlət nömrə nişanlı "Xəzər" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2010-cu il təvəllüdlü Ələsgərli Hüseyn Vilayət oğlu, 1998-ci il təvəllüdlü Rəsulov Xəyal İbrahim oğlu, 2009-cu il təvəllüdlü Əliyev Nihad Kamal oğlu, 2002-ci il təvəllüdlü Xəlilzadə Vaqif Eldəniz oğlu və 2007-ci il təvəllüdlü Tahirov Qəzənfər Rasim oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika xəstəxanasına yerləşdiriliblər.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ